YAZI / DÜŞÜNCƏ
Bağışlamaq kin saxlamaqdan azad olmaqdır Tarix : 20 Dekabr 2025, 15:27

Vicdan - insanın içindəki ən güclü hakimdir.


Şərəf - insanın özünə və başqasına qarşı olan hörmətinin təcəssümüdür.

 


Ləyaqət - hər vəziyyətdə öz dəyərini qorumaq bacarığıdır, nəfsə uymamaq cəsarətidir.

 


Haqq - başqasının haqqına girmək, öz həyatına yük yığmaqdır.

 


Yalan - bir anlıq rahatlıq, amma uzunmüddətli əzabdır.

 


Ədalət - hər kəsin haqqını tanımaq və qorumaq, cəmiyyətin dirəyi sayılır.

 


Dürüstlük - sözlə əməl bir olarsa, insanın etibarı da dağ kimi möhkəm olar.


Tövbə - səhvini qəbul edib düz yola dönmək, ruhun təmizlənməsidir.


Səbir - çətinliklər qarşısında sınmamaq, insanın daxili gücünü göstərir.

 


Şəfqət - başqasının ağrısını hiss etmək, insanlığı yaşatmaqdır.


Halallıq - qazancın təmizliyi, ruhun rahatlığıdır.

 


İnam - özünə və doğruya olan güvən, uğurun başlanğıcıdır.

 


Məsuliyyət - hərəkətlərin nəticəsini dərk etmək, yetkinliyin göstəricisidir.

 


Təvazökarlıq - böyüklük iddiası olmadan böyümək, əsl ucalıqdır.





Topladı Rəçad Əjdərzadə

 

Qadinkimi.com