QADIN / KİŞİ
Ərə getmək istəyənlər üçün Tarix : 23 Noyabr 2026, 10:30

ƏRƏ GETMƏK HAQQINDA TÖVSİYƏLƏR


 

1912-ci ildə rus qəzetlərindən birində xanımlara ərə getməklə bağlı alman qəzetindən tərcümə edilmiş tövsiyə toplusu dərc edilib. Maraqlıdır, oxuyaq, görək, indiki dövr üçün nə qədər aktualdır. Deməli, qəzet yazır:

 

"Aşağıda deyilənlər varsa, belə kişidən uzaq durun, ona ərə getməyin:

 

● söz verdiyi vaxtdan görüşə 1 saat gecikirsə

 

● əyləncə axtarışındadırsa

 

● heyvanlara qarşı kobuddursa və təbiət qoynunda olmağı sevmirsə

 

● geyiminə həddən artıq düşkündürsə, ya da çox pinti və özünə heç baxmayandırsa

 

● bircə dəfə belə olsa, yalanını tutmusunuzsa

 

● bəzək əşyaları - üzüyü, breloku ilə qürrələnirsə

 

● maddi vəziyyətindən şikayətlənirsə- elə birbaşa soruşun ki, özünü dolandıra bilmirsə, evlənsə, sizə necə baxacaq

 

● qapalıdırsa və danışanda göz-gözə gəlməkdən qaçırsa

 

● başqalarını dolayırsa (əmin olun, beləsi evlənəndən sonra sizə də istehza edəcək)

 

● pafosla danışırsa (yadda saxlayın: belələri dil pəhləvanıdır). Amma tərif deməkdə xəsis olandan da uzaq durun. Beləsindən kobud rəftar görəcəksiniz. Sizə yazdığı məktublarda tərifinizi göyə qaldıran kişiyə də yaxın durmayın. Eləsindən də xeyir gəlməz.

 

Oğlan və qız neçə yaşda ailə qurmalıdır? – Psixoloq | Axar.Az 

 

● atanızın pulu ilə maraqlanırsa

 

● valideynlər (sizinki, ya özününkü - fərq etməz) haqqında xoş danışmırsa

 

● həyatda məqsədi yoxdursa ● kənarda başqa qadınla əlaqəsi varsa və sizi sevdiyindən tam əmin deyilsinizsə (beləsindən qaçın)

 

 

Bir də diqqət edin: HƏFTƏNİN CÜMƏ GÜNÜ ƏRƏ GETMƏYİN!

 
 
 
 
 
Hazırladı publisist, tərcüməçi Aygün Əziz
 
Qadinkimi.az