DƏB VƏ BAXIM
İsti yayın öz sirləri var Tarix : 24 İyul 2023, 17:45

Üzün dərisinə qulluq daha çox mövsümdən asılıdır: havanın temperaturu kəskin düşür, tez də qalxır. Elə bu fakt bizi temperaturun dəyişməsindən dərini qorumaq üçün kosmetik vasitələri tez bir zamanda seçməyə məcbur edir. 


Yay günlərində bu məqsədlə bir çimdik duz əlavə edilmiş meyvə və tərəvəz şirələrindən istifadə daha faydalıdır. Bu dəri örtüyündə mikroelementlərin keçməsinə kömək edir. İstidə üz tərləyir. Qoyunqıran otu və palıd qabığının dəmləməsi dərini təravətləndirir, yorğunluğu götürür. Bundan başqa bu cür dəmləmə dərini dezinfeksiya edir, möhkəmliyini bərpa edir. 

Süd turşusu məhsulları da çox faydalıdır: qatıq, kefir, xama, qaymaq və süd. Yatmazdan əvvəl qatıq və ya xamaya zeytun yağı əlavə edib üzünüzə çəkin. Sürvə dəmləməsi və ya çayla yuyun. Bundan sonra üzə mütləq qidalandırıcı krem çəkmək lazımdır. Belə krem evdə də hazırlamaq olar. Yenə də zeytun yağına mum, kakao yağı, mineral su əlavə edib qarışdırın. 

20 dəqiqə də su hamamında qarışdırın. Soyuyandan sonra bir neçə damcı A, D və E vitamini qarışdırın. 

Tərəvəz və meyvədən maska daha faydalıdır. Bunun üçün dərinizin tipini bilməlisiniz. Cəfəri ən yaxşı müalicəvi bitki hesab olunur. Həssas dəri üçün daha yaxşı kosmetik vasitə hesab olunur. Genişlənmiş qan damarları üçün əvəzolunmazdır. Mayaotu toxumu və evkalipt yarpaqlarının dəmləməsi də çox faydalıdır. Yay vaxtı dərinin üstündəki ölmüş hissəcikləri belə təmizləmək olar. Dəri buxara verilir, sonra yumurta sarısı və 1 ç.q. bal əlavə olunmuş maska çəkilir. 15 dəqiqədən sonra maska sürvə və ya çobanyastığı dəmləməsi ilə silinir. Bundan sonra dəriyə qidalandırıcı krem çəkin. 


Birinci günəş vannasını qəbul etməzdən əvvəl üzünüzü və bütün bədəninizi sürtün. Yaxşı olar bu proseduranı gecə edəsininiz, yoxsa qıcıqlanma ola bilər. Mişarlamadan sonra hamar, parlaq dəri qəşəng, eyni bərabərdə qaralacaqdır. 


Günəş vannasından sonra mütləq itirilmiş rütubəti bərpa etmək lazımdır. 


Burun, yanaq, çiyin və dekolte nahiyəsini "günəş terrası” adlandırırlar. Bu nahiyələr ultrabənövşəyi şüaların təsirinə daha çox məruz qalırlar. Bu hissələrə ehtiyatla qulluq etmək lazımdır. 


Dodağın dərisi piy vəzilərindən məhrumdur. Buna görə də xüsusi qoruyucu yoxdur. Günəş şüasından qoruyan pomadalardan istifadə edin. 


Qoruyucu kremi günəş vannası qəbul etməzdən 30 dəqiqə əvvəl çəkmək lazımdır. 


qadinkimi.com