Maraqlı psixoloji nəticələr Tarix : 04 Noyabr 2019, 18:17
- Rədd edilmək beyin tərəfindən fiziki ağrı kimi qəbul edilir.

- Sevdiyiniz və ya nifrət etdiyiniz birini görəndə göz bəbəyiniz böyüyür.

- Beyin sıxıcı söhbətləri olduğu kimi qeyd etmək əvəzinə onu daha maraqlı hala gətirərək yenidən düzənləyir.

- Məqsədlərinizi başqalarına söylədikdə, onları reallaşdırmaq şansınız azalır.

- Müxtəlif coğrafiyalarda yaşayıb, fərqli dillərdə danışsalar da, yer üzündəki bütün insanlarda xoşbəxtlik, hirs, kədər, qorxu, təəccüb və iyrənmə  hisslərində eyni üz ifadələri yaranır.

- Əslində fobiya nəsildən - nəslə DNT vasitəsilə ötürülən xatirələrdən ibarətdir.

- Siz "Truman sindromu”nun nə olduğunu bilirsinizmi? Bu xəstəlikdən əziyyət çəkənlər həyatlarının hər mərhələsinin eynilə filmlərdəki kimi gizli kamera ilə çəkilib televiziyada göstərildiyini düşünürlər.

- Doğuşdan görmə qabiliyyətini itirən insanlar şizofreniya xəstəliyinə tutulmur.

- Birinə 20 saniyədən çox sarıldığınızda beyin sosial asılılığı olan oksitosin hormonu (sevgi hormonu) ifraz edərək qucaqladığınız insanın sizə daha çox güvənməsini təmin edir. 

- "Aşiq olmaq" və "Obsessiv-kompulsiv şəxsiyyət pozğunluğuna sahib olmaq” bədənə eyni biokimyəvi təsir göstərir.




Qadinkimi.com